"Beşiktaş" ötən mövsümü bombardir kimi başa vuran Kevin Karlosla maraqlanır.
Offsideplus.az xəbər verir ki, Super Liqa nəhəngi 23 yaşlı hücumçu üçün 2 milyon avro ödəməyə hazırdır.
Türkiyə mediasına görə, "Beşiktaş" Kevin Karlos üçün artıq danışıqlara başlayıb. İsveçrənin "Yverdon Sport" komandasında çıxış edən 23 yaşlı futbolçu üçün rəsmi təklifin edildiyi bildirilib.
İradə Hatəmi