"Qalatasaray" yeni əməkdaşlığa başlayıb.

Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi PUMA ilə saziş bağlayıb. Məlumatı klubun rəsmi saytı yayıb. İnformasiyada deyilir: "Türk idmanının ən köklü klubu olan "Qalatasaray" Almaniyada yerləşən məhşur geyim markası PUMA ilə yeni müqavilə imzalayır".

Qeyd edək ki, imzalanma mərasimi 28 iyun cümə günü keçiriləcək.