"Qalatasaray" ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Mauro İkardi zədələnib.

Argentinalı futbolçu Super Liqanın IX turunun "Beşiktaş" oyununda sıradan çıxıb. İkardinin son durumu tibbi müayinədən sonr bilinəcək.

"Qalatasaray" "Beşiktaş"ı məhz İkardinin qolları ilə məğlub edib - 2:1.