Türkiyə mətbuatı Şahruddin Məhəmmədəliyevin karyerasını “Adana Dəmirspor” klubunda davam etdirəcəyi ilə bağlı xəbər yayıb. 

Offsideplus.az xəbər verir ki, 29 yaşlı qapıçının Superliqa təmsilçisi ilə 2+1 illik müqavilə imzalayacağı bildirilir.

Məsələ ilə əlaqədar olaraq Ağdam təmsilçisinin mətbuat xidmətinin əməkdaşı Elvar Quliyevlə əlaqə saxladıq. Klub rəsmisi saytımıza açıqlamasında tərəflər arasında danışıqların getdiyini, transferin reallaşmaq ehtimalının böyük olduğunu qeyd etdi:

"Bəli , belə məsələ var. Klublar arasında danışıqlar gedir. Böyük ehtimalla keçid baş tutacaq". 

 Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2016-cı ildən “Qarabağ”ın şərəfini qoruyur.

Günay Xəlil