Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az Fransa mətbuatına istinadla xəbər verir ki, "sarı-qırmızılılar" "Tottenhem"in mərkəz yarımmüdafiəçisi Tanqi Ndombele üçün hərəkətə keçib.

Məlumata görə, QS rəhbərliyi 26 yaşlı fransalı futbolçu üçün qarşı tərəflə danışıqlar aparır. Nndombelenin də Türkiyə çempionatında çıxış etmək istədiyi bildirilir.

Qeyd edək ki, sözügedən oyunçu ilə "Fənərbağça" da yaxından maraqlanır.