İngiltərənin "Aston Villa" klubu "Qalatasaray"ın italiyalı ulduzu Nikolo Zaniolonu icarə əsasında sıralarına qatıb.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisinə icarə haqqı olaraq 5 milyon avro ödəniləcək. İcarə müddətinin sonunda "Aston Villa" oyunçunu 22,5 milyon avroya oyunçunu birbaşa transfer edə bilər. Həmçinin müqavilədə 15,5 milyon avro bonuslar yer alıb.

Bununla da, ilk dəfə bir türk klubu bir oyunçunun transferindən 44 milyon avro qazanmış olacaq.