"Qalatasaray" klubunun hücumameyilli yarımmüdafiəçisi Nikolo Zaniolo karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

 Offsideplus.az "TuttoSport"a istinadla xəbər verir ki, 24 yaşlı italiyalı futbolçu "Aston Villa"ya keçəcək.

Artıq onunla bağlı tərəflər arasında razılıq əldə olunub.

Zaniolo icarə əsasında İngiltərə klubunda çıxış edəcək.