Adı "Qalatasaray"la hallanan Serxio Ramosun sosial şəbəkədəki bir fəaliyyəti gündəm olub. 

Offsideplus.az xəbər verir ki, ispaniyalı ulduz İnstaqramda "Qalatasaray"ın rəsmi səhifəsinin paylaşımlarından birini bəyənib. Bu, "sarı-qırmızılar"ın azarkeşlərini həyəcanlandırıb. 

"Qalatasaray"ın Ramos transferini gerçəkləşdirmək üçün çalışdığı bildirilir. 

 Qeyd edək ki, PSJ-dən ayrılandan sonra azad agent olan müdafiəçi ilə "İnter Mayami" klubu da yaxından maraqlanır.