Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, İstanbul təmsilçisi, "Arsenal"ın sağ cinah vingeri Nikolas Pepe ilə güclənmək niyyətindədir.

Məlumata görə, Super Liqa klubu 28 yaşlı futbolçunu bu yay heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Pepenin "Arsenal"la 2024-cü ilədək müqaviləsi var.