Ötən gün "Qalatasaray" azarkeşləri yeni transfer Türkiyəyə çatan Mauro İkardini qarşılayıb. 

Offsideplus.az xəbər verir ki, "Ultraslan" azarkeş qrupu argentinalı hücumçunun həyat yoldaşı və agenti Vanda Naraya göstərdiyi jestlə yadda qalıb. 

Səhhətində problem yaşayan Naranın adını səsləndirib, dəstək olan "Qalatasaray" azarkeşləri "tez sağal, Vanda" sözlərini əks etdirən pankart açıb. 

Futbolçunun həyat yoldaşı daha sonra instaqram hesabında paylaşım edərək, minnətdarlığını dilə gətirib: "İnanılmaz hörmət və sevgi. Təşəkkür edirəm".

Qeyd edək ki, xarici KİV Vanda Naranın xəstəliyinin xərçəng olduğu məlumatını yaysa da, o, bu iddiaların həqiqəti əks etdirmədiyini bildirib və xəstəliyi ilə bağlı açıqlama verməkdən imtina edib. 

 F2L1bimWEAAqsnA

 

F2MrKcEWQAAW4xv