Mauro İkardi "Qalatasaray"a qayıdır. 

Offsideplus.az xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano məlumat yayıb. Türkiyə klubu PSJ ilə müqavilənin detallarını müzakirə edir, transferi bitirmək üzrədir. 

Argentinalı hücumçu və "Qalatasaray" şəxsi razılıq əldə edib. Transfer 10 milyon avro civarında olacaq.

Qeyd edək ki, İkardi ötən mövsümü icarə əsasında "Qalatasaray"da keçirib.