"Qalatasaray" klubu Mauro İkardinin gedişindən bəri hücumçu axtarışındadır.

Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, "sarı-qırmızılar"ın transfer siyahısında Luka Yoviç və ya Vedat Muriqinin adı var. Gələn həftələrdə bu iki futbolçudan birinin "Qalatasaray" üçün İstanbula gəlməsi gözlənilir. 

Qeyd edək ki, "Malyorka"da çıxış edən Muriqi 2019-2020-ci illərdə "Fənərbağça"da forma geyinib. Luka Yoviç isə 2022-ci ildən "Fiorentina"nın şərəfini qoruyur. O, daha öncə "Benfika", "Real Madrid", "Ayntraxt" klublarında çıxış edib.