Mauro İkardinin həyat yoldaşı və agenti olan Vanda Naranın "Qalatasaray"la bağlı paylaşımı gündəm olub.
Offsideplus.az xəbər verir ki, Vanda "sarı-qırmızılar"ın çempionluğu barədə paylaşımında argentinalı hücumçunun "Qalatasaray"dan ayrılacağına eyham vurub:
"Bütün "Qalatasaray" azarkeşlərini təbrik edirəm. Mən özümü bu böyük "Qalatasaray" ailəsinin bir parçası kimi hiss edirəm. Mauronu İstanbulda gördüyüm gündən bəri onun bu kuboku qaldıracağını bilirdim. İstanbula tək gəldiyim və yeganə istəyimin Mauro inandırmaq olduğu günü çox yaxşı xatırlayıram. Bu günü sizinlə birgə qeyd edirik, arzumuz gerçəkləşdi. "Qalatasaray" ailəmizi heç vaxt unutmayacağıq, onları əbədi olaraq qəlbimizdə daşıyacağıq".
Belə ki, "Qalatasaray" ailəmizi heç vaxt unutmayacağıq, onları əbədi olaraq qəlbimizdə daşıyacağıq", ifadələri ayrılıq mesajı kimi qəbul edilib.
Qeyd edək ki, İkardinin "Qalatasaray"da icarə müddəti iyun ayında başa çatacaq.