Ötən gecə Bursa küçələrində "Qalatasaray"ın çempionluq sevincini yaşayan azarkeşlər qorxulu anlarla üz-üzə qalıb. 

 Offsideplus.az xəbər verir ki, Yusuf adlı şəxs avtomobilini azarkeşlərin üzərinə sürüb və nəticədə 3 nəfər yaralanıb. Saxlanılan sürücü yaxınını xəstəxanaya çatdırmaq üçün avtomobili bu cür idarə etdiyini açıqlayıb. Polis məsələ ilə bağlı araşdırma aparır.

Yaralananlar xəstəxanaya çatıdırılıb, hazırda vəziyyətləri yaxşıdır.

Videonu təqdim edirik: