"Qalatasaray" möhtəşəm performansı ilə yadda qalan Mauro İkardini komandada saxlamaq istəyir.
Offsideplus.az xəbər verir ki, "Cim-Bom" 30 yaşlı hücumçuya ildə 4,5 milyon avro civarında məvaciblə 3 illik müqavilə təklif etmək istəyir. Bu barədə "Spor Arena" məlumat yayıb.
PSJ ilə müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq argentinalı ulduzun cari mövsümün sonunda "Cim-Bom"dakı icarə müddəti bitəcək.
Qeyd edək ki, İkardi "Qalatasaray"da 24 oyuna çıxıb, 20 qol və 8 assistə imza atıb.