"Qalatsaray"ın PSJ-dən icarəyə götürdüyü Mauro İkardini Argentinanın "Boka Xuniors" klubu heyətinə cəlb etmək istəyir.
Offsideplus.az xəbər verir ki, ulduz futbolçu klubdan 6,5 milyon avro maaş tələb edib. Bu barədə Argentina mətbuatı məlumat yayıb.
İkardinin bu tələbindən sonra Argentina klubu geri çəkilib, daha az məvacib istəyən Edinson Kavanini transfer siyahısına alıb.
Qeyd edək ki, İkardi "Qalatasaray" ilə 23 oyuna çıxıb, 18 qol və 8 assistə imza atıb.
Günay Xəlil