"Qalatasaray" yeni mövsüm üçün transfer hazırlıqlarına başlayır.  

Offsideplus.az "Takvim"ə istinadən xəbər verir ki, "sarı-qırmızılar" "Çelsi"nin ulduzu Kristian Pulişiçi heyətinə cəlb etməyi planlaşdırır. "Zadəganlar"ın heyətində az oyun şansı verilən amerikalı futbolçu yayda qarşılıqlı razılıq əsasında "Çelsi"ni tərk etmək istəyir. 

Bu halda "Qalatasaray" 24 yaşlı yarımmüdafiəçini transfer edəcək. Türkiyə təmsilçisinin tezliklə oyunçunun agenti ilə danışıqlara başlayacağı gözlənilir. 

Qeyd edək ki, Pulişiçin "Çelsi" ilə müqaviləsinin müddəti 2024-cü ildə başa çatır.