Cari mövsümün əvvəlində PSJ-dən icarə əsasında "Qalatasaray"a transfer olan Mauro İkardi gələcək karyerası ilə bağlı qərarını verib.

 Offsideplus.az "Akşam" nəşrinə istinadən xəbər verir ki, argentinalı hücumçu İstanbul təmsilçisində qalmaq istəyir. Mənbənin verdiyi məlumata görə, o, haqqında çıxan transfer söyləntiləri sonrası PSJ-nin rəhbərliyi görüşərək və "Cim-bom"da karyerasını davam etdirmək istədiyini qarşı tərəfə çatdırıb. Ulduz futbolçu Paris təmsilçisindən bu keçidin reallaşması üçün şərtləri asanlaşdırmasını istəyib. 

Xatırladaq ki, daha öncə "sarı-qırmızılar" İkardi üçün 15 milyon avro PSJ-yə təklif etsə də, qarşı tərəf bunu qəbul etməmişdi. 

Argentinalı forvardın bu məsələ ilə bağlı verdiyi qərar səbəbindən "Qalatasaray"ın bu müzakirələrdə bir addım öndə olduğu bildirilir. Məsələnin yay transfer pəncərəsində həll ediləcəyi gözlənilir.

Onun Fransa nəhəngi ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır. Ulduz hücumçunun hazırkı transfer qiyməti 18 milyon avro ilə qiymətləndirilir.

Qeyd edək ki, İkardi cari mövsüm İstanbul təmsilçisi ilə 21 oyunda meydana çıxıb, 15 qol vurub və 8 assist edib.