"Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim yayda Azərbaycana gələcək. 

 Offsideplus.az xəbər verir ki, 69 yaşlı mütəxəssis 17 iyun tarixində Bakıya səfər edəcək. Terim Bakı Konqres Mərkəzində karyerası, uğurları barədə çıxış edəcək. 

Qeyd edək ki, Fatih Terim 1993-1996, 2005-2009, 2013-2017-ci illərdə Türkiyə millisinin, müxtəlif vaxtlarda "Qalatasaray" (1996-2000, 2002-2004, 2011-2013, 2017-2022), "Fiorentina" (2000-2001), "Milan" (2001) klublarının baş məşqçisi olub.

Fu1GRlVXsAEk31E