PSJ-nin icarə əsasında "Qalatasaray"da çıxış edən argentinalı hücumçusu Mauro İkardi İtaliya nəhənginə keçməyə yaxındır.

 Offsideplus.az İtaliyanın "News24" saytına istinadla xəbər verir ki, söhbət "Milan"dan gedir. "Rossonyerlər" 30 yaşlı forvard üçün hərəkətə keçib. Məlumata görə, tərəflər arasında danışıqlar aparılır. PSJ rəhbərliyi İkardi üçün 17 milyon avro tələb edir. 

Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanan "Milan" argentinalının transferini yayda həll etməyi düşünür.

Qeyd edək ki, İkardinin İstanbul təmsilçisi ilə müqaviləsinin müdəti bu ilin 30 iyununda sona çatır.