Türkiyə Super Liqasının XXX turunda "Konyaspor" "Adana Demirspor"a 1:2 hesabı ilə məğlub olub. 

Offsideplus.az xəbər verir ki, Konya təmsilçisinin yeganə qolunu Mahir Emreli vurub. "Konyaspor"a keçidindən bəri ilk dəfə fərqlənən 25 yaşlı hücumçu şəxsi instaqram hesabında paylaşım edib:

"Çox söz deyə bilərik, amma boş verin. Dəstəkləyən hər kəsə təşəkkür edirik".

 Qeyd edək ki, meydana start heyətdə başlayan Emreli 60-cı dəqiqədə əvəzlənib.