Türkiyə Super Liqasının XXX turunda "Konyaspor" "Adana Demirspor"a 1:2 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, Konya təmsilçisinin yeganə qolunu Mahir Emreli vurub. "Konyaspor"a keçidindən bəri ilk dəfə fərqlənən 25 yaşlı hücumçu şəxsi instaqram hesabında paylaşım edib:
"Çox söz deyə bilərik, amma boş verin. Dəstəkləyən hər kəsə təşəkkür edirik".
Qeyd edək ki, meydana start heyətdə başlayan Emreli 60-cı dəqiqədə əvəzlənib.