"Qalatasaray"ın sabiq futbolçusu Arda Turan Türkiyə klubunun baş məşqçisi təyin olunub.
Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, Türkiyə millisinin keçmiş üzvü 1-ci Liqada çıxış edən "Eyüpspor"u çalışdıracaq. Bu barədə məlumatı klubun vitse-prezidenti Fatih Kulaksız təsdiqləyib.
Qeyd edək ki, Arda Turan ötən il karyerasını başa vurub.