Türkiyə Super Liqasında 28-ci turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, millimizin üzvü Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" doğma meydanda "Antalyaspor"u qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Mahir Emreli də bu oyunun iştirakçısı olub. 26 yaşlı forvard 66-cı dəqiqədə Muhammet Demirin əvəzinə meydana daxil olub.
Qeyd edək ki, 28 turdan sonra 36 xal toplayan "Konyaspor" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.