“Qarabağ”la keçirilən xeyriyyə oyununda (1:2) zədələnən “Qalatasaray”ın futbolçusu Yusuf Demir Avstriyanın U-21 yığmasından kənarlaşdırılıb.
Offsideplus.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi millinin təlim-məşq toplanışına çağırılsa da, topuğundan xəsarət aldığı üçün baş məşqçi Verner Qreqoritşin qərarını dəyişib.
Qeyd edək ki, yoxlama oyununun start heyətində meydana çıxan Yusuf Demir fasilədən sonra əvəzlənib.