“Konyaspor” klubunda diqqətlər yeni transferlər üzərindədir.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komanda sabah Türkiyə 2-ci liqa təmsilçisi "Ayfonspor"la yoxlama oyununa çıxacaq. Bakı vaxtı ilə saat 16:00-da başlayacaq matçda Mahir Emrelinin iştirakı gözlənilir. Baş məşqçi Aleksander Stanoyeviç "Fənərbağça" ilə fevralın 25-dəki matçda iştirak etməyəcək Pozuele, Metehan, Moreno və Emrelini formada qalmaları üçün yoldaşlıq matçında oynadacaq.
Qeyd edək ki, "Konyaspor" Mahir Emrelini cari mövsümün sonunadək "Dinamo"dan (Zaqreb) icarəyə götürüb