"Fənərbağça" klubunun futbolçusu Dieqo Rossi karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, uruqvaylı yarımmüdafiəçi ilə "Torino" yaxından maraqlanır. Turin təmsilçisi Rossinin xidmətində maraqlıdır və onun üçün İstanbul klubuna 6-7 milyon avro təklif edəcəyi bildirilib.

Qeyd edək ki, Rossi bu mövsüm 22 oyunda 3 qol vurub, 7 məhsuldar ötürmə edib.