"Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim ağır itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, 69 yaşlı mütəxəssisin anası Nuriye Terim bu gün səhər dünyasını dəyişib.
91 yaşında vəfat edən N.Terim sabah həyat yoldaşı Talat Terimin yanında (Adanada) dəfn olunacaq.