"Qalatasaray"ın futbolçusu Yusuf Demir bir çox Avropa klublarının maraq dairəsindədir.

Offsideplus.az "Takvim"ə istinadən istinadən xəbər verir ki, İngiltərədən "Liverpul", "Mançester Yunayted", Almaniyadan "Borussiya" (Dortmund) və "Bayer" kimi klubları 19 yaşlı hücumçunu transfer etmək istəyir.

Yusuf Demirin gələcək karyerası ilə bağlı "Qalatasaray"da bir qərar verilməyib. Türkiyədə cari mövsüm 2 liqa və 1 kubok matçına çıxan türk əsilli oyunçunun gələcəyi barədə Okan Buruk son qərarı verəcək.

Qeyd edək ki, "Qalatasaray" Yusuf Demiri "Rapid"dən 6 milyon avroya heyətinə qatıb. 9 milyon avro satış qiyməti olan türk futbolçunun "Cim-Bom"la müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatır.