Bugünlərdə futbolçu karyerasına son verən Arda Turan bu sahədən ayrılmayacaq.

 Offsideplus.az xəbər verir ki, o, "Qalatasaray"ın yeni idman direktoru olacaq.

Bu barədə məlumatı İspaniyanın AS nəşri yayıb. Mənbənin iddiasına görə, 35 yaşlı Arda tezliklə İstanbul təmsilçisində yeni işinə başlayacaq.

O, bu postda Cenk Ergünü əvəzləyəcək. 

Qeyd edək ki, Arda karyerası ərzində "Qalatasaray, "Atletiko" (Madrid), "Barselona" və "Başakşəhər" kimi klublarda çıxış edib.