"Qalatasaray"ın prezident köməkçisi Erden Timur Arda Turanın transfer görüşü üçün İtaliyaya yollandığını bildirib.
Offsideplus.az xəbər verir ki, Arda Turan və Hakan Çalhanoğlu "İnter"lə müqaviləsinə xitam verən Aleksis Sançeslə görüşüb. Erden Timur çilili hücumçu barədə bu sözləri deyib:
"Aleksis Sançez transfer üçün daha çox görüş keçirməyimiz lazımdır. Sançez maraqlandığımız oyunçulardan biridir. Bir çox futbolçu ilə görüşürük. Bir mövqe üçün eyni anda minimum 4-5 oyuncunuz varsa, güclü olacaqsız. Dəyərli oyunçudur, lakin digər futbolçular da var. Hamısıyla görüşlərimiz davam edir".