"Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Offsideplus.az "RMC Sport"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Olimpik"in (Marsel) vingeri Konrad de la Fuente ilə transfer etmək üçün hərəkətə keçib. Türkiyə klubunun rəsmilərinin futbolçu ilə görüşdüyü bildirilir. Mənbənin verdiyi məlumata görə Yunanıstan "Olimpiakos"u da amerikalı oyunçunu heyətinə qatmaq üçün transfer yarışına qoşulub.
Qeyd edək ki, 21 yaşlı futbolçu "Barselona" akademiyasının yetirməsi hesab olunur. O, 2021-ci ildə sözügedən klubdan Marsel təmsilçisinə keçib. ABŞ millisində də oynayan Konrad ötən mövsüm Fransa klubu ilə 23 matçda meydanda olub, 1 qol və 2 asisstlə fərqlənməyi bacarıb.