"Fənərbağça" heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Marsel"in müdafiəçisi Luan Peresi transfer edib. 28 yaşlı oyunçu ilə 3 illik sözləşmə imzalanıb. "Fənərbağça" bu keçidə görə qarşı tərəfə 5 milyon 225 min avro və əlavə olaraq braziliyalı futbolçunun performansına uyğun olaraq 237 min 500 avro bonus ödəyəcək.
Qeyd edək ki, Peres 2021-ci ildən "Marsel"də oynayırdı. O, geridə qalan mövsüm bütün turnirlərdə 50 oyunda meydana çıxıb.