"Fənərbağça" heyətinə yeni futbolçu qatmağa hazırlaşır.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Olimpik"in (Marsel) müdafiəçisi Luan Pereslə anlaşıb. Xəbərə görə, braziliyalı oyunçu bu axşam Türkiyəyə gələcək.
Qeyd edək ki, 28 yaşlı futbolçu geridə qalan mövsüm Marsel təmsilçisi ilə bütün turnirlərdə 50 oyuna çıxıb və 3 asisstlə yadda qalıb.