"Adana Dəmirspor"un hücumçusu Mario Balotelli karyerasını "Beşiktaş"da davam etdirə bilər.

 Offsideplus.az "Sabah"a istinadən xəbər verir ki, 31 yaşlı italiyalı futbolçu mencerlər vasitəsilə İstanbul klubuna təklif olunub. "Qara qartallar" bu transferə müsbət baxır. Adıçəkilən oyunçunun hazırkı klubuyla sözləşməsi 2024-də başa çatır.

Qeyd edək ki, Balotelli başa çatan mövsümdə "Adana Dəmirspor" formasıyla 33 matçda 19 qol və 6 məhsuldar ötürmə edib.