Mario Balotelli "Qalatasaray" klubu ilə anlaşıb.

 Offsideplus.az "Takvim"ə istinadla xəbər verir ki, İstanbul təmsilçisi ötən ildən bəri "Adana Dəmirspor"un formasını geyinən italiyalı hücumçunu sıralarına qatıb.

Bu keçid "sarı-qırmızılılar"a 4 milyon avroya başa gəlib.

Qeyd edək ki, 31 yaşlı forvard geridə qoyduğumuz mövsümdə "Adana Dəmirspor" formasıyla çıxdığı 31 matçda 18 qol vurub.