"Adana Dəmirspor"un futbolçusu Mario Balotelli tarixə düşüb.

Offsideplus.az xəbər verir ki, italiyalı hücumçu dünən "Göztəpə" ilə matçda 5 qol vuraraq bunu reallaşdırıb.

Belə ki, 31 yaşlı futbolçu 2011-ci ildən sonra Türkiyə çempionatında penta-trik edən ilk oyunçu olub. Daha əvvəl Alesk de Souza "Ankaragücü" ilə qarşılaşmada buna imza atmışdı.

Qeyd edək ki, görüş Adana təmsilçisinin darmadağın hesablı qələbəsi ilə yekunlaşıb - 7:0.