Türkiyənin "Fənərbağça" klubu növbəti mövsüm üçün heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.
Offsideplus.az "Milliyyət"ə istinadlə xəbər verir ki, İstanbul təmsilçisi "Zenit"in hücumçusu Artyom Dzyubanı rənglərinə bağlamağı planlaşdırır. Hazırda 33 yaşlı forvardın keçidi üçün "Zenit" rəhbərliyi ilə danışıqlar aparılır.
Razılıq baş tutsa, Dzyuba yayda "Fənərbağça"nın sıralarına qoşulacaq.
Qeyd edək ki, adıçəkilən oyunçu 2015-ci ildən "Zenit"də çıxış edir.