"Qalatasaray" klubunun ulduz futbolçusu Arda Turan karyerasını bitirdikdən sonra nə işlə məşğul olacağına dair qərar verib.
Offsideplus.az "Ajansspor"a istinadla xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi baş məşqçi kimi çalışmaq istəyir.
Mənbə Ardanın artıq hansı klubu çalışdıracağını da müəyyənləşdirdiyini, lakin həmin kollektivin adının bəlli olmadığını yazıb.
Qeyd edək ki, peşəkar karyerası ərzində "Atletiko"(Madrid) və "Barselona" kimi komandalarda top qovmuş Arda Turan 2020-ci ildən "Qalatasaray"da çıxış edir.