Türkiyə Futbol Federasiyasında (TFF) yeni prezident seçkilərinin vaxtı bəlli olub.

Offsideplus.az xəbər verir ki, quruma yeni rəhbər iki ay sonra seçiləcək.

Növbədənkənar seçki iyunun 16-da olacaq. Həmin vaxta qədər prezident vəzifəsini Sərvət Yardımcı icra edəcək.

Xatırladaq ki, TFF-nin prezidenti Nihat Özdəmir dünən istefa verib.