"Beşiktaş"ın qapıçısı Ersin Destanoğlu məşhur klubların hədəfindədir.

 Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, İngiltərənin "Çelsi" və  Fransanın "Nitsa" klubu 21 yaşlı gənc qolkiperi heyətinə qatmaqda israrlıdır. Uzun müddətdir hər iki komandanın skautları tərəfindən izlənilən Ersin üçün martda təklif göndəriləcək. 

Hər iki təklifin 13 milyon avro civarında olacağı vurğulanıb.

Qeyd edək ki, "Bayrampaşa" yetirməsi olan Ersin 2018-ci ildən "qara qartallar"ın əsas komandasında çıxış edir. O, bu mövsüm 31 matçda qapını qoruyub.