"Beşiktaş" heyətini tanınmış futbolçu ilə gücləndirə bilər.

 Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, İstanbul nəhəngi Dortmund "Borussiya"sında forma geyinən fransalı müdafiəçi Dan-Aksel Zaqadu üçün hərəkətə keçib. Onun Bundesliqa klubuyla hazırkı sözləşməsi bu mövsüm sonu başa çatır.

Qeyd edək ki, 2017-ci ildən "Borussiya"da çıxış edən Zaqadu bu mövsüm 11 rəsmi matçda meydana çıxıb.

Xatırladaq ki, o, PSJ-nin aşağı yaş komandalarında da çıxış edib.