Türkiyə Super Liqasının 21-ci turu çərçivəsində keçirilməli olan “Başakşəhər” - “Konyaspor” oyunu ertələnib.

Offsideplus.az xəbər verir ki, yanvarın 15-də keçirilməli olan matçın təxirə salınmasına “Konyaspor”un müdafiəçisi Ahmet Çalıkın ötən gün avtomobil qəzasında dünyasını dəyişməsi səbəb göstərilib.

Oyunun yeni tarixi daha sonra açıqlanacaq.