“Adana Dəmirspor” klubu heyətinə yeni futbolçu qatıb.

Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi “Lill”dən Mustafa Kapını transfer edib. 19 yaşlı yarımmüdafiəçi ilə 3,5 illik müqavilə imzalanıb.

“Qalatasaray”ın yetirməsi olan Mustafa 2020-ci ilin yayından “Lill”də çıxış edirdi.