"Qalatasaray"ın çalışdırıcısı Fatih Terim "Adana Dəmirspor"da çıxış edən Mario Balotellini sərancamında görmək niyyətindədir.
Offsideplus.az "TV 100" istinadən xəbər verir ki, 68 yaşlı mütəxəssis klub prezidenti Burak Elmasdan italiyalı hücumçunun transferini istəyib.
Balotellinin klubuyla sözləşməsi 2024-cü ildə yekunlaşır.
Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü bu mövsüm Super Liqada 18 maçta 7 qol və 2 məhsuldar ötürmə edib.