"Qalatasaray"ın prezidenti Burak Elmasın müavini Rezan Epözdemir klubun baş məşqçisi Fatih Terimin məvacibiylə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib.
Offsideplus.az xəbər verir ki, o, 68 yaşlı mütəxəssisin yeni sövdələşməyə əsasən 21 milyon türk lirəsi (3, 738, 000 manat) qazanacağını bildirib.
Terimin əvvəlki maaşının məbləği isə 18 milyon lirə təşkil edirdi.
Qeyd edək ki, təcrübəli mütəxəssis 2017-ci ildən "Cim-Bom"un sükanı arxasındadır.