“Göztəpə” klubunun yeni baş məşqçisi bəlli olub.

Offsideplus.az xəbər verir ki, komandanın "sükanı" Nestor El Maestroya tapşırılıb. Serbiyalı mütəxəssislə 2 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, El Maestro baş məşqçi postunda bir neçə gün əvvəl istefaya göndərilən Ünal Karamanı əvəzləyib.