"Qalatasaray" klubu yeni transferə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi "Liverpul"un isveçrəli futbolçusu Cerdan Şakirini rənglərinə bağlamağa yaxındır. Türkiyə mətbuatının yaydığı xəbərlərə görə, artıq 29 yaşlı vingerin keçidi üçün qarşı tərəflə ilkin razılıq əldə olunub.
Belə ki, növbəti mövsümdən Şakirinin köməyinə ehtiyac duymayan "qırmızılar"ın baş məşqçisi Yurgen Klopp onun satılmasına razılıq verib.
Qeyd edək ki, sözügedən futbolçu 2018-ci ildən "Liverpul"un uğurları üçün çalışır.