26 il sonra ilk dəfə Superliqaya yüksələn "Adana Demirspor" nəhəng transferləri ilə gündəmdən düşmək bilmir.
Offsideplus.az xəbər verir ki, Belhanda və Balotelli transferlərindən sonra "lacivərt-mavililər"in adı daha bir dünya ulduzu David Luis ilə hallanır. Türkiyənin "Fanatik" nəşri braziliyalı ulduzun mümkün keçidi ilə bağlı eksklüziv məlumatlar əldə edib.
Belə ki, klubun prezidenti Murat Sancak "Arsenal"ın sabiq müdafiəçisi ilə şəxsən görüşüb və bu sözləri deyib: "Türkiyənin "Real Madrid"ini yaradıram. Sənin də bu komandada olmağını istəyirəm".
Qeyd edək ki, azad agent olan 34 yaşlı futbolçu "Adana Demirspor"dan illik 4 milyon avro maaş tələb edir.