“Adana Dəmirspor” klubu yeni transferini reallaşdırıb.

Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi “Midlsbro”dan Britt Assombalonqanı sıralarına qatıb.

28 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, sözügedən forvard karyerası ərzində İngiltərədə “Midlsbro” ilə yanaşı, “Breyntri”, “Uotford”, “Sautend”, “Piterbro”, “Nottinqem Forest” kimi klublarda çıxış edib.